"Qəbələ" boksçularndan 8 medal

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan Boks Mərkəzində keçirilən yarışda "Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvəsini sınayıb.
Kişi boksçular 6 gün davam edən çempionatı 8 medalla başa vurub. İdmançılardan dördü öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Qəbələ" bokçularından Məhsəti Həmzəyev (57 kq), Cavid Çələbiyev (60 kq), Roman Zakirov (69 kq) və Kamran Şahsuvarlı (75 kq) Azərbaycan çempionu adına yiyələniblər. Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91 kq) isə finala qədər bütün rəqiblərini məğlub edib, yalnız həlledici qarşılaşmada uduzmaqla 2-ci pilləni tutublar.
 
"Qırmızı-qaralar"ın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. Kamran Baxşəliyev (64 kq) 3-cü yeri tutaraq Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right