Azad Rəhimovun bahalı butikləri "batır"

“İtaldizain Group”a məxsus 21 salon və butik ciddi maliyyə çətinliklərlə üzləşib. Buna səbəb dünyanın bir sıra məşhur brendlərinin satışnı həyata keçirən bu obyektlərin ciddi müştəri qıtlığı ilə üzləşməsidir.

 

Newsport.az xəbər verir ki, bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbələrdən bilgi daxil olub.  
 
Xatırladaq ki, “İdea”, “Creative System”, “WMF”, 2 “Villeroy & Boch” butik və salonu, “Glampire Time Pieces and Cewellery”, “Ambiance”, 5 “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Rosenthal-Christofle-Herend”, iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti, “ID Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti “İtaldizain Group” holdinqinin çətiri altında birləşib. 

 

Holdinqin faktiki sahibi gənclər və idman naziri Azad Rəhimovdur. KİV bunu çoxdan yazır və indiyədək həmin yazılanlar təkzib edilməyib. 

 

Azərbaycan manatının dollar qarşısında son bir ildə iki dəfə dəyər itirməsindən sonra nazirin butiklərində satılan mal və məhsulların qiyməti də kəskin bahalaşıb. Bu isə ölkənin indiki maliyyə durumunda  müştəri tapılmasını daha da çətinləşdirib. 

 

“İki il öncə sözügedən butiklərdə 2-3 min manata satılan qol saatlarının qiyməti 6-7 min manatadək bahalaşıb. 2015-ci ilədək 400-450 manata satılan bahalı qələmlərin qiyməti isə 800-1000 manatək yüksəlib. Nazirə məxsus holdinqin butiklərində iki ilə əvvələdək qiyməti 10 min manatdan yuxarı olan malların dəyəri isə 1,5-2 dəfə artıb. Artıq nazirin butiklərinə yeni məhsulların gətirilməsi də böyük ölçüdə dayandırılıb”, - deyən mənbələrimiz hazırda “İtaldizain Group”un gəlirlərinin kəskin azalmasına diqqət çəkib. 

 

Holdinqə məxsus butiklərinin sürətlə bağlanması da istisna edilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right