Useyn Bolt qızıl medalını qaytardı

Yamaykanın Pekin Olimpiadasında estafet yarışlarında qazandığı qızıl medalın geri alındığı barədə məlumat vermişdik.

 

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4x100 metrə komanda yarışlarında yamaykalı atlet Nest Karterin qanında qadağan olunmuş maddə tapıldığı üçün, nəticə ləğv edilmişdi. Nəticənin ləğv olunması ilə əfsanəvi atlet, estafet yarışlarında qızıl medal qazanmış Useyn Boltun da çempionluğu əlindən alınmışdı.

 

Newsport.az xəbər verir ki, yığma komandadakı yoldaşına görə cəzalanan Useyn Bolt qızıl medalı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) qaytarıb. Boltun bu barədə verdiyi açıqlamada deyilir:

 

“Əlbəttə, xoş deyil. Amma mən qızıl medalı qaytarmalıyam. Beynəlxalq Olimpiya Komitəsinin tələbi belədi. Medalı artıq qaytarmışam”.

 

Beləliklə, indi Bolt doqquz yox, səkkizaqat olimpiya çempionudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right