Elis Manolova İvan Yarıgin Qran Prisində bürünc medal qazanıb

Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir. Sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edib.

Newsport.az-ın məlumatına görə, ilk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. 

Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edərək turnirin bürünc medalını qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right