Millimiz Fransaya 7 cüdoçu ilə gedir

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.  2017-ci ilin ilk “Böyük Dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.

Newsport.az-ın məlumatına görə, fevralın 11-dən 12-dək Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

Yarışda ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right