Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.  

Newsport.az-ın məlumatına görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 


Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. 

Onlua daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.  

59 kq
6. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)

66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)
18. Kamran Məmmədov - Hərbçilərin DÇ 2-ci yer (nr)

71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (17@66 kq)

75 kq
8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 2-ci yer (8)

80 kq 
7. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (4)

85 kq
8. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (12)
12. Saman Təhmasibi - Dünya çempionatı (2015) 3-cü yer (5)

130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right