Mariya Stadnik ikinci, Nataliya Sinişin dördüncü sıradadır REYTİNQ

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.  

Newsport.az-ın məlumatına görə, Qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-nün adı onluğa daxil edilib. 

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir. 

48 kq
2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)

53 kq 
4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
18. Anjela Doroqan - Qızıl Qran Pri 3-cü yer (18)

55 kq 
18. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16)

58 kq
6. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (6)

60 kq 
11. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3)

69 kq 
14. Elis Manolova - U-23 AÇ 3-cü yer (nr)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right