Seminar iştirakçıları Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndirdilər

Bakıda, Heydər Əliyev adına İdman Sarayında Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib. Beynəlxalq seminarda dünyanın 99 ölkəsindən 370 nümayəndə iştirak edib.

Newsport.az-ın məlumatına görə, seminarda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış ediblər. İki gün ərzində paytaxtımızda təşkil olunan tədbirdə cüdo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub. Seminar iki hissə - nəzəri və praktiki hissədən ibarət olub.

"Cüdo TV"nin beynəlxalq seminarın işindən hazırladığı birinci reportajı sizə təqdim edirik:

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right