Mirzəyev güllələndi

Moskvanın cənubunda üç naməlum şəxs Rusiya idmançısı, döyüş sambosu üzrə dünya çempionu Rəsul Mirzəyevi döyərək ona travmatik tapancadan atəş açıb.
Newsport.az-ın məlumatına görə, bu barədə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlama yayıb. 
Zərərçəkən şəxsin xəstəxanaya çatdırıldığı bildirilir. 
Qeyd edək ki, 2011-ci ildə Rəsul Mirzəyevin karyerası idmançının azadlıqdan məhrum edilməsi ilə nəticələnən hadisə ilə bağlı bitib. O, ehtiyatsızlıqdan qətl törətməkdə təqsirli bilinərək 2 il müddətinə həbs olunub. Mirzəyev münaqişə nəticəsində tələbə İvan Aqafonova zərbə yetirib. Nəticədə Aqafonov bir neçə gün sonra dünyasını dəyişib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right