Pərviz Abdullayevdən növbəti qələbə

Azərbaycanın və "Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq üzrə yarışlarda növbəti qələbəsini qazanıb.
Newsport.az-ın məlumatına görə, dəfələrlə dünya çempionu olan idmançı Çinin Sanya şəhərində təşkil olunan "Kunlun Fight 56”da keçirdiyi ilk döyüşdən qalib ayrılıb.
 
75 kq çəki dərəcəsində çıxış edən Abdullayev kikboksinq üzrə reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. Rəqiblər hər biri 3 dəqiqədən ibarət olan 3 raundda qüvvələrini sınayıblar. Təmsilçimiz qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. Turnirə qələbə ilə start verən idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right