2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib

Ötən gün "Buta Palace"da 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. 

Newsport.az-ın məlumatına görəmərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbir zamanı bir sıra nominasiyalar üzrə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında güləş üzrə yığma komandaların üzvləri və məşqçiləri də olub. 

İlin ən yaxşı məşqçiləri sırasında qadın güləşi üzrə yığma komandanın böyük məşqçisi, həmçinin Rio Olimpiadasının bürünc medalçısı Cəbrayıl Həsənovun şəxsi məşqçisi Aslan Ağayev, ilin ən yaxşı idman hakimləri sırasında 3 dəfə (Pekin, London, Rio) Yay Olimpiya Oyunlarında hakimlik etmiş, London Olimpiadasında "Qızıl Fit"lə mükafatlandırılmış Hicran Şərifov fərqlənib. 

Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiklərinə görə Şərif Şərifov (sərbəst güləş), Natalya Sinişin (qadın güləşi), Rəsul Çunayev (yunan-Roma güləşi), Cəbrayıl Həsənov (sərbəst güləş), Sabah Şəriəti (yunan-Roma güləşi), Hacı Əliyev (sərbəst güləş), Toğrul Əsgərov (sərbəst güləş), Xetaq Qazyumov (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi) fəxri diplomla təltif edilib. 

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü, 2016-cı ildə gənclər arasında Avropa və Dünya çempionu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin qalibi və Hərbçilər arasında Dünya çempionatının gümüş medalçısı olmuş İslam Abbasov "İlin ən yaxşı idmançısı" nominasiyasında mükafatlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right