“Qəbələ” təmsilçiləri 2016-cı ilin ən yaxşıları arasında

Azərbaycan Gənclər və İdman Nazirliyi 2016-cı ilin yekunlarına həsr olunan tədbir keçirib. 
Newsport.az-ın məlumatına görə, “Buta Palace”da təşkil edilən təntənəli mərasimdə il ərzində fərqlənənlər təltif olunub. “Qəbələ” İdman Klubunun təmsilçiləri də ilin yaxşıları arasında yer alıblar. 

“Qəbələ” Atıcılıq Klubu idman yarışlarının ən yüksək səviyyədə təşkilinə görə mükafatlandırılıb. 
Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında “Qəbələ” boksçuları Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçu Milad Beiqi Harçeqani də olub.

Karate üzrə dünya çempionu Rafael Ağayev İlin ən yaxşı idmançısı nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right