"Qəbələ"nin idmançısı çempion oldu

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beigi Harçeqani növbəti titulunu qazanıb.

Newsport.az-ın məlumatına görə, o, Bakıda keçirilən taekvondo üzrə “Qran-pri” yarışının final mərhələsinin qalibi olub.  

80 kq çəki dərəcəsində çıxış edən idmançımız avstriyalı Hayder Şkara və koreyalı Hun Kimə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə meksikalı Rene Lizarraqa üzərində böyükhesablı qələbə əldə edən Milad həlledici döyüşdə misirli Seif Eissay ilə üz-üzə gəlib. Bu görüşdə də qalib gələn idmançımız “Qran-pri” turnirinin final mərhələsinin çempionu olub. Bununla da, Harçeqani reytinqinə 80 xal əlavə edilib və o, 6000 ABŞ dollar məbləğində pul mükafatı qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right