“Qızıl qran-pri” : qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazandı

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

Newsport.az-ın məlumatıəna görə,İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. 

Güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.  

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. 


48 kq
1/4 final
Valeriya Çepsarakova (RUS) - Sona Tumarxanova 10:0
1/8 final
Emilia Vuc (ROU) - Patimat Baqomedova 12:1
Vicrotia Anthony (USA) - Şəfəq Muradzadə 10:0
           53 kq
Bürünc medal görüşü 
Samanta Stevart (CAN) - Anjela Doroqan 0:5 (tuşe)
1/2 final 
Anjela Doroqan - Momoka Kadoya (JPN) 2:4
1/4 final 
Caterine Carranza (COL) - Anjela Doroqan 0:10
1/8 final 
Leyla Qurbanova - Anjela Doroqan 0:5
Səbinə Həmzəlzadə - Samanta Stevart (CAN) 0:10
55 kq
Bürünc medal görüşü 
Şəbnəm Əhmədova - Alyona Kolesnik 1:6
Təsəlliverici görüş 
Şəbnəm Əhmədova - Gulia Rodriges (BRA) 5:4
1/2 final 
Alyona Kolesnik - Nina Menkenova (RUS) 9:11
1/4 final 
Katarina Kravçik (POL) - Alyona Kolesnik 11:14 (tuşe)
1/8 final
Nina Menkenova (RUS) - Şəbnəm Əhmədova 10:1
Gulia Rodriges (BRA) - Solmaz Həşimzadə 7:6
Ramona Galamboş (HUN) - Alyona Kolesnik 1:7
  58 kq
Təmsilçimiz yoxdur

 
60 kq
FİNAL 
Oksana Herhel (UKR) - Tatyana Omelçenko 4:1
1/2 final
Yingyan Han (CHN) - Tatyana Omelçenko 3:3*
1/4 final
Tatyana Omelçenko - Madina Bakbergenova (KAZ) 10:0
İrina Netreba - Ayako İto (JPN) 3:6
  63 kq
Bürünc medal görüşü 
Elmira Qəmbərova - Ayana Gempei (JPN) 1:4
Təsəlliverici görüş
Katerina Lopez (CUB) - Elmira Qəmbərova 0:5 (tuşe)
1/4 final 
Elmira Qəmbərova - Rui Xu (CHN) 0:12
1/8 final 
Elmira Qəmbərova - Nade Dragunova (BLR) 9:0
69 kq
Bürünc medal görüşü 
Elis Manolova - Elmira Sizdikova (KAZ) 3:7
Təsəlliverici görüş 
Yudari Sanchez (CUB) - Elis Manolova 3:5
1/4 final
Mariama Mensah (USA) - Elis Manolova 4:2
1/8 final
Zarina Kunangarayeva (KAZ) - Elis Manolova 2:4

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right