Daha bir cüdoçumuz Avropa mükafatçısı oldu

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan yığması aktivinə daha bir medal yazdırıb.

Newsport.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bürünc medal uğrunda görüşdə slovakiyalı Peter Jilkanı məğlub edərək qitə birinciliyinin mükafatçısı olub.  

Bu gün yarışan digər cüdoçularımız Rüfət İsmayılov, Cəlil Şükürov və Vasif Şərbətli birinciliyi medalsız başa vurublar.

Qeyd edək ki, ilk gün cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right