İkiqat dünya çempionunu öldürəndən sonra Bakıya qaçmaq istədi

Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayılov Rusiyanın paytaxtı Moskvada qətlə yetirilib.

Newsport.az-ın məlumatına görə, idmançını qətlə yetirən 31 yaşlı Şimali Qafqaz sakini saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, qatil Bakıya qaçarkən tutulub:

“Cənub-qərb rayonunda ticarət mərkəzinin park ərazisində xarici maşında silahla vurulmuş 29 yaşlı kişinin cəsədi tapılıb. Ölənin şəxsiyyəti müəyyənləşib, kikboksinq üzrə iki qat dünya çempionudi”.

İrina Volk əlavə edib ki, Cəbrayılovu öldürən onunla şəxsən tanış olub. İlkin məlumatlara görə, onlar ticarət mərkəzinə birlikdə gəliblər. Maliyyə məsələlərinə görə maşında onlar arasında mübahisə olub. Nəticədə, Cəbrayılov “Makarov”la sinəsindən vurulub və şübhəli qaçıb.

Moskva polisi qatili Şeremetyovo hava limanında Bakıya qaçarkən saxlayıb.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right