"Möhtəşəm olacaq" - Azad Rəhimov

“İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm olacaq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. O sözlərinə belə davam edib:

“Belə yarışlarda açılış və bağlanış mərasimlərinin məxsusi yeri var. Dünyanın diqqəti məhz açılışdan sonra yarışlara yönəlir. Açılış bu günədək keçirilmiş mərasimlərdən heç də zəif olmayacaq. Onun tam ssenarisini açmaq istəmirik. Bu, sirr olaraq qalsın. Müxtəlif tarixi mövzulardan söhbət açılacağını deyə bilərəm. Mən sizə zəmanət verirəm ki, çox maraqlı və möhtəşəm olacaq. Biletlər idman qurğularının yanındakı kassalarda satılacaq və təxminən aprel və mart ayında satışa çıxarılacaq. Qiymətlərə gəlincə, bunlar Bakı Avropa oyunlarındakından artıq olmayacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right