Boksçu uduzdu, azarkeş öldü

Pərəstiş etdiyi boksçu məğlub olduğu üçün filiipinli azarkeşin ürəyi dayanıb. 

Newsport.az-ın məlumatına görə, Uels Kasuyo adlı azarkeş Nonito Doneyrin Ümumdünya Boks Şurasının versiyası üzrə çempionluq kəməri uğrunda döyüşdə amerikalı Cessi Maqdalenoya məğlubiyyətini qəbul edə bilməyib.

Altmış iki yaşlı azarkeşin həyat yoldaşı bildirib ki, mərhum ilk olaraq sinəsini tutub və hakimin qalibi elan etməsindən sonra yerə yıxılıb. 

Qeyd edək ki, bundan öncə də sevdiyi boksçular məğlub olduğu üçün bir neçə filippinli dünyasını dəyişib

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right