İcra başçısının oğlu gümüş medal qazandı İtaliyada

Azərbaycanlı idmançı Şəhriyar Hüseynzadə İtaliyanın Karara şəhərində keçirilən kunqfu-sanda üzrə dünya çempionatında 90 kiloqram çəki dərəcəsində ikinci yeri tutub.

Newsport.az-ın məlumatına görə, Şəhriyar Hüseynzadə finalda fransalı idmançıya uduzaraq gümüş medala layiq görülüb. Şəhriyar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğludu. O, Neftçala Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin axtariş üzrə əməliyyat müvəkkili, polis leytenantıdı. İdmançı yarışla bağlı fikirlərini bildirib:

- Sizi təbrik edirik. Nə vaxtdan idmanla məşğul olursuz?

- 11 yaşımdan 18 yaşıma qədər sambo ilə məşğul olmuşam. İki dəfə Bakı çempionu, üç dəfə isə respublika çempionu olmuşam. Avropada gənclər arasında keçirilən yarışlarda bürünc mükafata layiq görülmüşəm. Daha sonra təhsilimlə əlaqədar idman fəaliyyətimə bir müddət fasilə verdim. 4 il olar ki, yenidən idman sahəsinə - kunqfu-sanda, uşu-sandaya qayıtmışam. Elşad müəllimlə birlikdə yarışlara hazırlaşıram. Kunqfu idman növü ürzə respublika birincisi olmuşam. Qrupda 18 rəqibim vardı. Üç rəqibə qalib gəldim. Sonuncu rəqibim olan fransız idmançının çəkisi məndən artıq idi. Onun 147 kiloqram çəkisi, 1.92 boyu vardı. Birinci raundda xal üstünlüyü məndə idi. İkinci raundda çiynimdən zədə aldım. Nəticədə həkim döyüşü davam etdirməyimə icazə vermədi.

-Atanızın reaksiyası necə oldu?

- Atam bütövlükdə dövlətçiliyə xidmət edən adamdı. Azərbaycan bayrağını yüksəltdiyimə görə atam çox sevindi. Zəng edib, bu xəbəri onunla bölüşəndə, kövrəldi. Atam mənimlə qürur duyur.

-Yarış sizdə hansı təəsürratları oyatdı?

- Təsəvvür edin ki, böyük arenada baş tutan yarışlarda 100-ə yaxın ölkədən minlərlə idmançı iştirak edir. Bütün idmançılar Azərbaycanı tanıyırdılar. Bakıda keçirilən Avropa oyunlarının sayəsində onlar Azərbaycanı daha yaxından tanıyıblar. İdmançılar Avropa oyunlarının möhtəşəm təşkilindən, Bakının gözəlliyindən danışırdılar. Bütün bunlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının təzahürüdü.

- İş yoldaşlarınız sizi təbrik etdimi?

- Onlar da qələbəmi böyük sevinclə qarşıladılar. Rəisim də məni təbrik etdi. Yəqin ki, cənab nazirin qəbulunda olacağıq. Bir daha bizə dəstək olan bütün xalqımıza təşəkkür edirəm. (azvision.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right