Elxan Məmmədov "Böyük Dəbilqə"nin qalibi oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.
 
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. O, finala gedən yolda qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Məmmədov Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.
 
90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyshel adalarının idmançısı Nantenaina Finessini məğlub edib. Lakin cüdoçumuz ikinci qarşılaşmasında serbiyalı Aleksandar Kukolja uduzaraq təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.
 
Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.
 
Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right