Qadın güləşçilərimiz 4 medalla qayıdır

Ötən həftə Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. Turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib. 
 
Newsport.az-ın məlumatına görəGüləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub. 
 
Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə edib. 
 
Xatırladaq ki, Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, Dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right