Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar

Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar həyata keçirilib. 

Newsport.az-ın  məlumatına görə, federasiyada vitse-prezidentlərin sayı artırılıb.

Faiq Qarayev I vitse-prezident, Vaqif Əliyev vitse-prezident vəzifəsində qaldığı halda, Elşən Əfəndiyev ("Azərreyl"in prezidenti), Vəsilə Abulova ("Azərreyl"in vitse-prezidenti) və Rəşad Abasov ("Lokomotiv"in prezidenti) bu posta təsdiqləniblər. Elşən İsmayılov isə baş katib vəzifəsində qalıb.

Daha bir təyinat isə idman şöbəsində gerçəkləşib. Şöbə müdiri vəzifəsi "Neftçi" futbol klubunun keçmiş icraçı direktoru Elnur Məmmədova həvalə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right