Cüdoçularımız Birləşmiş Ərəb Əmirliklərində yarışacaqlar

Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək.

Newsport.az-ın məlumatına görə, bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparacaq.

3 gün davam edəcək "Böyük Dəbilqə" turnirində ölkəmizi Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi -60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi -73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (hər ikisi -81 kq), Tural Səfquliyev, Firudin Dadşov (hər ikisi -90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi -100 kq) təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right