Taekvondo yığmamız Moskvaya 15 idmançı ilə yollandı

Sentyabrın 22-25-də Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfəindən təşkil edilən açıq birincilik keçiriləcək.

Newsport.az-ın məlumatına görə, paytaxt Moskva şəhərində baş tutacaq növbəti beynəlxalq “Russian Open” turnirində gənclərdən ibarət yığma komandamızın taekvondoçuları da quvvələrini sınayacaq.

Sayca 6-cı olan G2 dərəcəli yarışda millimiz 15 taekvondoçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyi öncəsi oğlanlardan -46 kq çəki dərəcəsində Murad Muradov, Ayaz Qəmbərli və Bəhruz Quluzadə, Cavid Məmmədov (-48 kq), Əli İsazadə (-51 kq), Qaşım Maqomedov (55 kq), Nurlan Fətəliyev (-59 kq), Nicat Musayev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Mert Çiçek (-73 kq) və Fərhan Məmmədliyə (-78 kq) şans verəcək.

Qızlardan isə Mehribam Məmmədova (-42 kq), Aliyə Zeynalova (-44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi -46 kq), Leyla Məmmədova, Diana Haçıəliyeva ( hər ikisi -49 kq) və  Şəms İsayeva -52 kq çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq. Turnir Moskvanın “Dostluq” idman arenasında keçiriləcək.

Qeyd edək ki, respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının yetirmələri də bu yarışda dayanq üzərinə çıxacaq. Milli komandamız 26 senytabrda vətənə dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right