Dünya Kuboku yarışları Qəbələdə

Qəbələdə atıcılıq üzrə gənclərin dünya kuboku yarışları keçiriləcək.

Newsport.az-ın məlumatına görəQəbələ Atıcılıq Klubu mötəbər yarışla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, artıq ənənəyə çevrilən növbəti gənclərarası dünya kuboku 16-23 sentyabr 2016-cı il tarixində baş tutacaq. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən növbəti 2017-ci ilin iyun ayında da bu tədbirlər nəzərdə tutulub.

Bu il Turnirdə ölkəmizlə yanaşı, 26 ölkəni təmsil edən 500-ə yaxın iştirakçı olacaq.

Qeyd edək ki, təməli 2012-ci ildə qoyulan klubun təşkilatçılığı ilə keçirilən dünya kuboku yarışlarının ilki 2014, ikincisi isə 2015-ci ildə baş tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right