Rioda daha bir medal qazandıq

Rio-2016 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 3-cü medalını qazanıb.

Newsport.az-ın məlumatına görə, cüdoçu Rövşən Səfərov (81 kq) turniri bürünc medalla başa vurub. 
 
Təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın “bürünc” yolunu açıb.
 
Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medal qayıtmağı bacarıb. Cüdoçu Bayram Mustafayev gümüş, Ramil Qasımov (73 kq) qızıl medal qazanıb. 

 

Azərbaycan yığmasından atlet Yelena Çebanu gümüş medala layiq görülüb.O, 100 metrə məsafəyə qaçışda ikinci yeri tutub. Çebanu 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub – 11.40 saniyə. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right