Paralimpiyaçılarımızdan ilk qızıl medal

Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

Newsport.az-ın  məlumatına görə, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Ramil Qasımov turniri qələbə ilə başa vurub.
 
Mübarizəyə 1/4 final mərhələsindən başlayan idmançımızın ilk rəqibi  kubalı Cerardo Rodrigez olub. İlk görüşdə inamlı qələbə qazanan Ramil yarımfinalda almaniyalı Nikolay Kornhassı məğlub edib. Finalda isə ukraynalı Dmitro Soloveyi ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right