Azərbaycan boksçusu əlində avtomat vətənin müdafiəsində

Azərbaycanın məşhur boksçusu, "Qəbələ" klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədovun maraqlı görüntüləri yayılıb.
 
Newsport.az-ın məlumatına görə, 1992-ci ildə Farizin 13 yaşı olarkən lentə alınmış görüntülərdə idmançı hərbi formadadır və əlində avtomat var. Ədil Arifoğlunun çəkdiyi bu görüntülərdə onun Ağdamın müdafiəsi zamanı dayanan əsgərlərin arasında olduğu görünür.
 
Qeyd edək ki, Ağdamdan olan Fariz Məmmədov könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" futbol klubunun sabiq futbolçusu Allahverdi Bağırovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qoşulub və əsgərlərə köməklik göstərib.
 
Onun bu məsələ ilə bağlı "Futbol-plus" qəzetinə müsahibəsindən sitatı da təqdim edirik: "13 yaşımda əsgər forması geyib, əlimdə avtomat ön cəbhəyə yollanmışam. O hissləri yaşamışam. Günbəgün o günləri arzulamışam. Bunu mənimlə bir yerdə olanlar görüb. Ən qaynar nöqtələrdə olmuşam. Aparmayıblar, qaçıb getmişəm. 13 yaşında bunu dərk edən gənc bu gün eyni addımı atmaz?!"
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right