Zabit pərəstişkarları ilə görüşdü FOTOLAR

 

Bu gün azərbaycanlı K-1 ustası Zabit Səmədov pərəstişkarları ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, görüş "Park Bulvar" ticarət mərkəzində təşkil olunub. Z.Səmədov əvvəlcə jurnalistlərin suallarını cavablandırıb.

Böyük azarkeş izdihamı ilə keçən görüşdə idmançı pərəstişkarlarına avtoqraf verib, onlarla şəkil çəkdirib.

Qeyd edək ki, Z.Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb. 

Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib. Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb. Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib.







Report





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right