Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib FOTOLAR

Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu və komandamızın kapitanı, milli geyimdə olan İlham Zəkiyev aparıb.

Komandamızın bayraqdarının geyimini Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova hazırlayıb.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.

 











































Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right