Azad Rəhimov BƏƏ Şahmat Federasiyasının rəsmisiylə görüşdü

Gənclər və İdman naziri Azad Rəhimov Bakı Kristal Zalında Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaişlə görüşüb.

Newsport.az-ın məlumatına görə, 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışan qonaq turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. 

Həm qonaqlar, həm də iştirakçılar üçün lazımi şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnun olduğunu söyləyib.

Qeyd edək ki, sentyabrın 11-də Bakıda FİDE-nin Baş Assambleyasının növbəti iclası öz işinə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmi nümayəndələri iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right