Əsas millimiz məğlub oldu

Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Newsport.az-ın məlumatına görə, hesabat turunda kişilərdən ibarət əsas komandamız ilk məğlubiyyətilə üzləşib. Əsas millimiz yarışın favoritlərindən Hindistana uduzub - 1:3.

1-ci lövhədə yarışan Şəhriyar Məmmədyarov Pentala Harikrişnaya uduzub. Şəhriyar kimi Arkadi Naydiç də hesabat turunu məğlubiyyətlə başa vurub. Naydiç Santoş Viditə məğlub olub. Eltac Səfərli Panayapan Seturamanla, Teymur Rəcəbov isə Baskaran Adhibanla “sülh bağlayıb”.

Kişilərdən ibarət 2-ci komandamız Türkmənistanı məğlub edib - 4:0. 3-cü komandamız isə Zimbabveylə bacarmayıb - 1,5:2,5.

Qadınlardan ibarət əsas komandamız hesabat turunu qələbəylə başa vurub. Zərif şahmatçılarımız Almaniyanı 3:1 hesabıyla məğlub edib. Qadınlardan ibarət 2-ci komandamız İspaniya ilə bərabərə qalıb (2:2), 3-cü komandamız isə Özbəkistana uduzub (1:3).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right