Azərbaycan Macarıstan və Polşa ilə qarşılaşacaq

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, sentyabrın 4-də kişilərdən ibarət əsas millimiz Macarıstanla qarşılaşacaq. İkinci yığmamız Hindistanı, üçüncü komandamız isə Livanı sınağa çəkəcək.


Favoritlərdən Rusiya Moldova ilə, ABŞ Argentina ilə, Çin Braziliya ilə, Ukrayna Almaniya ilə, Polşa Kuba ilə, Fransa isə İspaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas millimizin rəqibi Polşadır. İkinci komandamız Almaniya, üçüncü yığmamız isə Qırğızıstanla qarşılaşacaq.

İddialılardan Çin Vyetnamla, Rusiya Özbəkistanla, Ukrayna ABŞ-la, Macarıstan Türkiyə ilə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right