Olimpiya çempionumuz: "Bu, təkcə mənim yox, ümumi uğurdur"

 "Hələ ki, qarışıq hisslər keçirirəm. Nə baş verdiyini başa düşmürəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı çempionu Radik İsayev deyib. 

80 kq.-dan yuxarı çəkidə çıxış edən 27 yaşlı təmsilçimiz bu qızıl medalı tək özünün yox, bütün hamının mükafatı sayır:

"Yenicə Bakıya qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Bu qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, təkcə mənim yox, ümumi uğurdur. Bunda hamının xidməti var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right