Rio-2016: boksçumuzun ikinci oldu YENİLƏNİB

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenze Sotomayor final döyüşünə çıxıb.

64 kq çəkidə mübarizə aparan boksçumuz həlledici görüşdə özbəkistanlı Fazliddin Qaybnəzərovla üz-üzə gəlib. Gərgin keçə döyüşdə Sotomayor rəqibinə 1:2 hesabı ilə uduzaraq gümüş medal qazanıb.


Qeyd edək ki, Sotomayor finaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili, kubalı Yasnier Toledo və almaniyalı Artyom Harutyunyanı mübarizədən kənarlaşdırıb.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right