Rio-2016: boksçumuz finalın bir addımlığında YENİLƏNİR

Rio Olimpiadasında boks yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün yığma komandamızın üzvü Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsində mübarizə aparacaq.
 
Yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edən boksçumuz finala gedən yolda dünya çempionu Arlen Lopezlə (Kuba) qarşılaşacaq.

Bu görüşün Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right