“CBC Sport” problemi aradan qaldırdı

Həftəsonu Azərbaycan Premyer Liqasında III turun oyunlarına start veriləcək. 

Newsport.az-ın məlumatına görə, tur ərzində baş tutacaq bütün oyunlar canlı "CBC” telekanalı vasitəsiylə canlı yayımlanacaq. 

Belə ki, avqustun 19-da "Zirə” doğma meydanında AZAL-ı, "İnter” isə "Kəpəz”i qəbul edəcək. Adıçəklən oyunların biri 20:00-da, digəri isə 21:00-da başlayacaq. Oyunun biri "CBC Sport”, digəri isə "CBC İnternational” tərəfindən canlı yayımda azarkeşlərə təqdim olunacaq. 
Tur ərzində keçiriləcək digər iki oyun isə fərqli günlərdə keçiriləcəyi üçün "CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. 
Bu arada "CBC Sport” səyyar televiziya ilə bağlı yaranan problemi aradan qaldırıb. Əldə etdiyimiz məlumata görə, "Saran”dan icarəyə götürülən televiziya artıq ünvanına çatıb. Bu isə "CBC Sport”un bir gün ərzində, fərqli saatlarda baş tutacaq oyunları canlı yayımlaya biləcəyi deməkdir. 
 
Qeyd edək ki, Premyer Liqamızın I turunda bu məsələ ilə bağlı problem yaşanmışdı. Belə ki, "Saran”dan götürülən səyyar televiziyanın sənədlərində problem olduğu üçün Gürcüstan sərhəddindən buraxılmamışdı. Məhz bu problem səbəbindən I tur çərçivəsində keçirilən "Zirə” – "Sumqayıt” matçının canlı yayımı təşkil olunmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right