Kamran Şahsuvarlı: "Belə bir şansı əldən verə bilməzdim"

Azərbaycanın Rio Yay Olimpiya Oyunlarında çıxış edən boksçusu (75 kq) Kamran Şahsuvarlı qazaxıstanlı Janıbek Alimxanuli üzərində qazandığı qələbədən sonra müsahibə verib:

- Qələbə münasibətilə sizi təbrik edirik. Bu qələbə sayəsində boksçularımız arasında yarımfinala çıxan və ən azı bürünc medalı təmin edən ilk idmançı oldunuz...
- Çox həyəcanlı idim. Özümə inanmırdım. Bu, rəqibə görə deyildi. Sadəcə, bura qədər necə gəlib çıxdığımı düşünürdüm. Şadam ki, valideynlərimi, mənə görə narahat olan hər kəsi sevindirə bildim.

- Siz Olimpiadaya lisenziyanı da son anda və çətin mübarizədə qazanmışdınız. Bu üzdən də Rioda uğur qazanacağınıza inam yox idi...
- Mənə də məhz bu kömək etdi. Çünki heç kim məndən uğur, medal gözləmirdi. Bu üzdən də sərbəst çıxış edirəm, sakitcə döyüşürəm. Bu dəfə də rinqə çıxıb, bütün bacardığımı göstərməyə çalışdım.

- İlk raundda üstün olsanız da, sonradan təşəbbüsü rəqibə verdiniz...
- Birinci raunddan sonra anladım ki, bu görüşdə qələbə qazana bilərəm. Belə bir şansı əldən verə bilməzdim. Elə ilk raunddan ritmi tutdum və bu cür də davam etdim.

- Bürünc medalı təmin etmisiniz, amma hər kəs sizdən daha yaxşı nəticə gözləyəcək...
- Çalışacağam. Qarşıda məni çətin yarımfinal görüşü gözləyir.

- Azərbaycanda boks üzrə olimpiya çempionu yoxdu. Bu yolda sizə uğurlar arzulayırıq...
- Sağ olun. Əlimdən gələni edəcəyəm.

azerisport.az 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right