Rio-2016: cüdoçumuz medalsız qaldı

Rio Olimpiadasında cüdo yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bu gün ilk görüşünə çıxıb.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Denis Kirillə (Rusiya) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.
 
M.Mehdiyev 1/4 finalda Donqan Qvak (Koreya) ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib. 
 
M.Mehdiyev mübarizəsini təsəlliverici görüşdə Otqonbaatar Lxaqvasuren (Monqolustan) olub. Rəqibinə yuka xalı ilə uduzan idmançımız medalsız qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right