Rio-2016: boksçumuz mübarizəni dayandırdı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti yarışlar keçirilib.

Newsport.az-ın məlumatına  görə,  Azərbaycan yığmasının üzvü Abdulqadir Abdullayev (91 kq) növbəti döyüşünə çıxıb.
 
İlk qarşılaşmasında fransalı Pol Omba Bionqoloya texniki nokautla qalib gələn boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla yarışıb. Görüş təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da o, mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right