Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı yarışacaq.
Newsport.az-ın məlumatına görə, idmançılarımızdan 3-ü - cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə ilk görüşlərinə çıxacaq.
Digər 3 təmsilçimiz - boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.
Olimpiya Oyunları
VI gün
Cüdo, 1/16 final
90 kq
17:56. Məmmədəli Mehdiyev (Azərbaycan) - Denis Kirill (Rusiya)
Üzgüçülük, 100 metr sərbəst
Təsnifat mərhələsi
20:17. Fatimə Alkərəmova
200 metr arxasıüstə
Təsnifat mərhələsi
20:40. Boris Kirilov
Kanoe Slalom
Yarımfinal
20:30. Yuri Meqliç (K 1)
Boks, 1/4 final
91 kq
20:45. Abdulqadir Abdullayev (Azərbaycan) - Rüstəm Tulaqanov (Özbəkistan)
İdman gimnastikası
Final
23:00. Oleq Stepko (Çoxnövçülük)