Rüstəm Orucov: "Rəqibim onu tutmağa imkan vermədi"

"Mənə dəstək olanlara təşəkkürümü bildirmək istəyirəm. Bir də atamla anama çox sağ ol demək istəyirəm ki, gətirib məni bu növə qoydular".

Newsport.az-ın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda uduzduğu yaponiyalı Şohei Ono barədə də danışıb:

"Bakıda təlim-məşq toplanışında olanda bilirdim ki, yaponiyalı rəqibim ən azı finala çıxacaq. Texniki-taktiki hazırlığımı da ona uyğun qurmuşdum. Amma Ono da hazırlıqlı idi. Mənə onu tutmağa imkan vermədi. İmkan vermədi ki, fənd tətbiq edim. Bir növ məni qabaqladı".

Sonda Orucov Azərbaycan xalqına salamlarımı göndərib.  

Report





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right