Rio-2016: Rüstəm Orucov 1/4 finalda

Rio Olimpiadasında cüdo yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda qazaxıstanlı Didar Həmzəni sınağa çəkib. Görüş Rüstəmin qələbəsi ilə başa çatıb. O, rəqibini cərimə xalları hesabına məğlub edib.

***

Qeyd edək ki, cüdoçumuz 1/8 finalda avstriyalı Jak Benstedlə qarşılaşıb və bu görüşdə qalib gələrək 1/4 finala adlayıb. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub. Onun 1/4 finaldakı  rəqibi Mikloş Unqvari (Macarıstan) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right