Şahmatçımız gənclər arasında Dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqrad şəhərində 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi (59th World Congress of Chess Composition) keçirilib.

Newsport.az-ın məlumatına görə, konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq  Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə  40-cı Dünya çempionatı (40th World Chess Solving Championship) daxil idi. 

Şahmat üzrə beynəlxalq qrossmeyster Zaur Məmmədov (Bakı) gənclər arasında Dünya çempionu adını, komandamızın daha bir gənc üzvü Rəşad Zeynallı (Bakı) isə gümüş medal qazanıb. Bürünc medalın sahibi isə  Danila Pavlov (Rusiya) olub.

Şahmat həllçilərimiz 22 komanda arasında 8-ci olublar. Çempion adını Polşa, gümüşü Litva, bürünc medallları isə Serbiya yığması qazanıb. Heyf ki, bu dəfə hərbi qulluqda olduğu üçün, komandanın liderlərindən, gənclər arasında Dünya çempionu, beynəlxalq usta Misrətdin İsgəndərov (Sumqayıt) çempionatda iştirak etmirdi, bu da komandanın nəticəsinə təsir göstərib.

Qeyd edək ki, şahmat həlletməsi millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.

Zaur Məmmədov həmçinin, ikigedişli məsələlərin sürətli həlli üzrə (Solvinq-Şou) yarışda da dünyanın ən güclüsü olduğunu sübut edib. 2-ci Thomas Peitl (Slovakiya), 3-cü isə şahmat və şahmat həlletməsi üzrə beynəlxalq qrossmeyster Jonathan Mestel (Böyük Britaniya) olub.

Ənənəvi olaraq, konqresdə həmçinin, şahmat bəstəçilərinə beynəlxalq adlar təqdim edilir. Kənan Vəlixanov (İmişli) son illərin nəticələrinə əsasən, şahmat bəstəçiliyinin Yardımmat bölməsində, beynəlxaq hakim adı alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right