Azərbaycan Olimpiada üçün heyəti açıqladı

Sentyabrın 1-də Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak edəcək qadınlardan ibarət 1-ci komandamızın heyəti bəlli olub.

Newsport.az-ın məlumatına görə, Fikrət Sideyifzadənin kapitan olacağı komandada Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Günay Məmmədzadə və Aydan Höccətova yer alacaq.

Zeynəb və Gülnar son illər bir qayda olaraq millidə yer alır və onlar ən təcrübəli qadın şahmatçılarımız hesab olunur. Nərmin son ölkə çempionu kimi əsas yığmada özünə yer edib.

Maraqlıdı ki, Sideyifzadə məsul turnirdə komandaya iki gənc şahmatçını cəlb edib. Belə ki, Aydanın 17, Günayın isə cəmi 16 yaşı var.

Öncəki yarışlarda yığmada yer almış Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva isə 2-ci komandada çıxış edəcək.

Qeyd edək ki, təşkilatçı ölkə kimi Azərbaycan Olimpiadada həm kişilərdə, həm də qadınlarda 3 komandayla iştirak etmək hüququna sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right