Snayperimiz 15-ci oldu

Rio-2016-da güllə atıcılığı yarışı başlayıb.

Newsport.az-ın məlumatına görə, Olimpiadanın ikinci günündə qadın və kişi snayperlər 10 m məsafədən hədəfi nişan alıblar.
 
Zəriflərin yarışında mübarizə aparmadığımızdan, start xəttinə bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov çıxıb. Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla başa çatıb.

Belə ki, ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub. Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər. Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right