Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 4 medal

Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Newsport.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq).

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right