Daha bir atletimiz dopinqli çıxdı

Beynəlxalq Ağır Atletika Federasiyası London Yay Olimpiya Oyunlarında götürülən dopinq testinin təkrar yoxlanılması zamanı müsbət nəticə verən 11 idmançının adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı İntiqam Zairov da yer alıb.

"London-2012"də  idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlanıb.  4 il öncəki Olimpiadada 94 kq çəki dərəcəsində 6-cı olan Zairovun 8 illik diskvalifikasiyası da var.

Ümumilikdə siyahıda 4 rusiyalı varsa, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Moldova, Belarus və Qazaxıstanın bir atleti yer alıb.

 Qeyd edək ki, yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right