Ulduzlar Mixael Şumaxer üçün toplaşır!

İyul ayının 27-də Almaniyanın Mainz şəhərində yerləşən "Kofake Arena”da ulduz basketbolçular, məşhur Formula-1 pilotları və tanınmış futbolçular arasında dostluq matçı təşkil olunacaq.
 

Newsport.az-ın məlumatına görə, komandaların kapitanları məşhur basketbolçu Dirk Novitski və tanınmış Formula-1 pilotu Sebastian Vettel olacaq. Maçt Formula-1-in əfsanəvi pilotu Mixael Şumaxerin şərəfinə keçiriləcək. Belə ki, matçdan gələcək gəlirin bütov hissəsi "Beyin Xəstəliklərindən Dəstək Fondu”na yatırılacaq. Sözügedən matçda Şumaxerin oğlu Mik Şumaxerin də yer alacağı gözlənilir.  
 
Matçı izləmək istəyən futbol azarkeşləri 9 və 15 avro xərcə düşməli olacaqlar. İddialara görə, artıq oyun üçün biletlərin böyük hissəsi satılıb. 
 
Qeyd edək ki, Mixael Şumaxer 2 il yarım əvvəl Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmış və komaya düşmüşdü. Həmin vaxtdan bəri o, evində aparatlara bağlı şəkildə yaşayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right