Millimiz Avropa çempionatının yarımfinalında!

Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizə davam edir.

Newsport.az-ın məlumatına görə,  A qrupunda yarışan Azərbaycanın U-16 yığması növbəti oyununu keçirib. Samit Quluzadənin yetirmələri qrup mərhələsinin son matçında Malta komandasıyla qarşılaşıb. Görüş basketbolçularımızın böyük hesablı qələbəsiylə yekunlaşıb – 81:33. Komandamızın heyətinə Papuna Kirtadze 16 xalla oyunun ən məhsuldar oyunçusu olub.

Beləliklə, Azərbaycan millisi qrupda 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə basketbolçularımızın rəqibi A qrupunun birincisi, Moldova seçməsi olacaq. Həmin qarşılaşma iyulun 23-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right